Podolski daha 2 il Polşa klubunda

20.05.2022 10:10 346
Dünya futbolu
Lukas Podolski Polşanın "Qornik" ilə yeni müqavilə imzalayıb.

"Football-plus.az" xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Lukas Podolski 1985-ci ildə Polşanın Qlivitse şəhərində anadan olub. Təcrübəli forvard 2 il sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. O, 2014-cü ildə Bundestimin heyətində dünya çempionu olub.