“Spartak” aparıcı müdafiəçilərindən birini itirmək üzrədi.
Ayrton Rusiya klubunu tərk edib vətəninə qayıdır. Son xəbərlərdə braziliyalı futbolçunun ilin sonuna qədər “Flamenqo”ya icarəyə veriləcəyi bildirilir. Rio de Janeyro klubunun 24 yaşlı sol cinah müdafiəçisini birdəfəlik transfer etmək hüququ da olacaq. “Spartak” bu halda futbolçusuna görə 10 milyon dollara qədər irəli düşə bilər.
Ayrton Moskva klubuna 2019-cu ildə keçib. “Fluminense” onu təxminən 7 milyon avroya satmışdı. Futbolçu bu mövsüm bütün turnirlərdə iştirak etdiyi 30 oyunda 1 qol vurub.