Zlatan İbrahimoviçin məsələsinə aydınlıq gəlib.
"Football-plus.az" xəbər verir ki, “Milan” rəhbərliyi yaxın günlərdə təcrübəli futbolçu ilə müqavilənin yeniləndiyini rəsmən açıqlayacaq. “Sky Sport Italia”nın yaydığı xəbərdə 40 yaşlı hücumçunun yeni sözləşməsinin müddətinin 2023-cü il iyunun 30-na qədər nəzərdə tutulduğu bildirilib. Məlumata görə, isveçli futbolçunun maaşı bonuslarla birlikdə 1,15 milyon avro olacaq.
Diz bağlarından əməliyyat olunan İbrahimoviç 6 ay meydana çıxa bilməyəcək. Onun illik məvacibinin bu qədər aşağı olması məhz ilin sonuna qədər “qırmızı-qaralar”a kömək edə bilməyəcəyi ilə bağlıdı.