Daha bir kanal Çempionlar Liqasının matçlarını yayınlayacaq

5.07.2022 19:11 392
Dünya futbolu
Çempionlar Liqasının oyunlarını yayınlayan kanalların sırasına daha biri qoşulub.

"Football-plus.az" xəbər verir ki, BBC UEFA-nın bu məqsədlə elan etdiyi tenderdə qalib gəlib. Böyük Britaniyanın populyar televiziya korporasiyası Avropanın ən nüfuzlu klub turnirinin ən çox maraq doğuran oyunlarını işıqlandıracaq.

“Times” qəzetinin xəbərində UEFA-nın 2024-27-ci illərdə ÇL-in yayınından əldə edəcəyi gəlirlərinin 15 faiz (1,4 milyard funt sterlinq) artacağı bildirilir.

Qeyd edək ki, “Amazon Prime” striminq xidməti də 2024-cü ildən başlayaraq hər mövsüm təxminən 17 ÇL matçını efirə daşıyacaq.