UEFA yeni turnir təşkil edəcək?

15.06.2022 14:52 401
Dünya futbolu
UEFA 2024/25 mövsümündən əvvəl yeni turnir təşkil edəcək.

Məlumatı “Ekip” qəzeti yayıb. Fransanın populyar idman nəşrinin xəbərində yeni yarışın Çempionlar Liqasında mövsüm ərəfəsində keçiriləcəyi bildirilir. Turnirdə 4 komandanın iştirak edəcəyi qeyd edilsə də, iştirakçıların hansı prinsip əsasında seçiləcəyinə aydınlıq gətirilmir. ABŞ-da təşkili planlaşdırılan yarışın yarımfinal, final və 3-cü yer uğrunda oyundan ibarət olacağı da bildirilir.