UEFA “maliyyə feyr-pleyi” qaydalarına yenidən baxmağı planlaşdırır.
Avropanın ali futbol təşkilatı qaydalarda dəyişikliklər etməyi zəruri sayır.
“The New York Times” qəzetinin məlumatına görə, “maliyyə feyr-pleyi” sistemi “maliyyə dayanıqlığı qaydası” adlanacaq. Yeni layihə qəbul olunarsa, klublar son 3 mövsümdə əldə etdikləri gəlirlərinin 70 faizə qədərini futbolla bağlı ehtiyaclarını ödəmək üçün xərcləyə biləcəklər. Layihədə oyunçuların maaş həddinin ləğv edilməsi də nəzərdə tutulur. UEFA-nın “maliyyə dayanıqlığı qaydası”nı pozan klubları Çempionlar Liqasından Avropa Liqasına, Avropa Liqasından isə Konfrans Liqasına göndərmək hüququ da olacaq. Bu ideyalar qəbul olunarsa, dəyişikliklər 2022-ci il iyunun 1-də qüvvəyə minəcək. Keçid dövrü isə 2024-cü ilə qədər davam edəcək.