Sorğuda PFL prezidenti, premyer-liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsi, Futbol Hakimləri Birliyi iştirak edib. Yekunda referilərdən Elçin Məsiyev, laysmanlardan isə Namik Hüseynov "Tofiq Bəhramov mükafatı"na layiq görülüb. "Football-plus.az" saytı olaraq gizli saxlanılan mövzu ilə bağlı klubların mövqeyini öyrəndik. "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyevin fikirləri belə oldu:
"Mənə görə hazırda Azərbaycanın bir nömrəli referisi Əliyar Ağayevdi. O, tək futbolumuzda yox, xaricdə də tanınan və ölkəmizi layiqincə təmsil edən hakimdi. Əliyar müəllimə insan kimi də böyük simpatiyam var. Odu ki, səsimi Əliyar Ağayevə verdim".
ABDULLA İSMAYILOĞLU



