Sorğuda PFL prezidenti, premyer-liqa klublarının baş məşqçisi və kapitanı, Hakimlər Komitəsi, Futbol Hakimləri Birliyi iştirak edib. Yekunda referilərdən Elçin Məsiyev, laysmanlardan isə Namik Hüseynov "Tofiq Bəhramov mükafatı"na layiq görülüb. "Football-plus.az" saytı olaraq gizli saxlanılan mövzu ilə bağlı klubların mövqeyini öyrəndik. "Sumqayıt"ın mətbuat katibi Rəşad Məmmədov bunun “dövlət sirri” olduğunu söylədi:
"Klub olaraq belə məsələlərdə mövqeyimiz belədi: səsvermənin nəticəsini məxfi saxlayırıq".
ABDULLA İSMAYILOĞLU



