“Mançester Siti” heyətini "İnter"in futbolçusu ilə gücləndirə bilər

28.04.2022 11:58 654
Dünya futbolu
“İnter”in futbolçusu Stefan de Vrey “Mançester Siti”nin transfer siyahısına düşüb.

"Football-plus.az" xəbər verir ki, müdafiəçi növbəti mövsümdən premyer-liqada çıxış edə bilər.

İngiltərə təmsilçisi Stefan üçün 40 milyon avro ödəməyə də razıdı. Milanlılar da bu keçidin əleyhinə deyil. Klub rəhbərliyi müqaviləsi 2023-cü ilin yayında başa çatacaq müdafiəçini pulsuz itirməmək üçün indidən satmaq istəyir.