PSJ-nin bu yay Neymarı satmaq istəməs haqda xəbərlər səngimir.
"Football-plus.az" xəbər verir ki, ESPN-in məlumatına görə, Fransa klubu bu yay hücumçu ilə yolları ayırmağa hazırlaşır.
PSJ rəhbərliyi Kilian Mbappe ilə müqaviləni yeniləyəndən sonra komandanı gəncləşdirmək niyyətindədi. Yeri gəlmişkən, braziliyalı hücumçu ötən il klubla müqaviləsinin müddətini artırıb. O, daha üç il Parisdə top qovacaq. Neymarı “Çelsi” almaq istəyir. ESPN telekanalı London klubunun ona görə 35 milyon avro təklif etdiyini bildirib.