“Qarabağ” futbol klubunun səhmləri satışa çıxarılıb.
"Football-plus.az" xəbər verir ki, söhbət “Qarabağ Futbol Klubu” MMC-nin təsisçi payından gedir.
Təsisçi payını Cəmiyyətin ilk təsisçilərindən olan, mərhum Adil Nadirovun oğlu Sənan Nadirov satışa çıxarıb. Adil Nadirovun vəfatından sonra ona məxsus olan “Qarabağ Futbol Klubu” MMC-dəki 4851,88 manatlıq təsisçi payı vərəsəlik yolu ilə oğlu Sənan Nadirovun mülkiyyətinə keçib.
Qeyd olunan paylar açıq satışa çıxarılmaqla, 300 000 manat qiymətinə təklif olunur.
"Qarabağ"ın səhmləri satışa çıxarıldı
Ölkə futbolu