"Qarabağ"ın rəqibinin ilk qələbəsi

29.06.2022 10:10 386
Çempionlar Liqası
"Lex" (Polşa) yoxlama oyunu keçirib.

"Football-plus.az" xəbər verir ki, "Yaqelloniya" ilə qarşılaşan Poznan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan komanda ilk yoxlama matçında "Vidzev"ə 1:2, ikinci oyunda isə "Poqon" 0:1 hesabı ilə məğlub olub.

Ağdam təmsilçisi bu komandaya qarşı ilk görüşünü iyulun 5-də səfərdə, cavab matçını isə 1 həftə sonra Bakıda keçirəcək.