"Qarabağ"ın rəqibi milli üzvünü transfer edir

28.06.2022 10:56 527
Dünya futbolu
"Qarabağ"ın Çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Lex" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

"Football-plus.az" xəbər verir ki, Poznan təmsilçisi "Rusenborq"dan Pavle Vagiçi transfer etməyə yaxındır. Bu barədə Polşa mətbuatı məlumat yayıb.

İsveçli yarımmüdafiəçinin "Lex"lə razılaşdığı və yaxın zamanda rəsmi müqavilə imzalayacağı bildirilib.

İsveçin U-21 yığmasının üzvü olan 22 yaşlı futbolçunun "transfermarkt"da dəyəri 500 min avrodur.

"Qarabağ" "Lex"lə ilk oyunu iyulun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı 12-də Bakıda olacaq.