“Spartak” rəhbərliyi yeni texniki sponsor axtarışına başlayıb.
"Football-plus.az" xəbər verir ki, buna “Nike”ın Rusiya klubu ilə əməkdaşlığı dayandırmaq qərarına gəlməsi səbəb olub. Moskvalılarla 2005-ci ildən əməkdaşlıq edən ABŞ şirkəti qərarını “Spartak”ın avrokubokların növbəti mövsümündə iştirak etməyəcəyi ilə əsaslandırıb.
Xatırladaq ki, UEFA Rusiyanın bütün klub və yığma komandalarının beynəlxalq turnirlərdəki çıxışına qadağa qoyub.