Avropanı tərk edib vətəni Braziliyaya qayıdacaq

14.04.2022 21:55 516
Dünya futbolu
Fernandinyo karyerası ilə bağlı qərar verib. O, “Mançester Siti”ni mövsümün sonunda tərk edəcək.

Braziliyalı yarımmüdafiəçi bu haqda Çempionlar Liqasının 1/4 finalının “Atletiko” ilə cavab oyunundan əvvəl keçirilən mətbuat konfransında açıqlama verib:

“Gələn mövsüm “Mançester Siti”də olmayacağam. Mən oynamaq və müntəzəm oyun praktikası qazanmaq istəyirəm. Braziliyaya qayıdacağam. Bu qərarı ailəmlə birlikdə vermişəm”.


Fernandinyo İngiltərə klubunda 2013-cü ildən oynayır. 36 yaşlı yarımmüdafiəçi “Siti”dən əvvəl 8 il “Şaxtyor”un formasını geyib. Onun peşəkar karyerasının ilk 3 ilini vətənində - “Atletiko Paranaense”də keçirdiyini də xatırladaq.