Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda keçiriləcək "Qarabağ" - "Lex" (Polşa) matçının hakimləri açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, məlumatı UEFA-nın rəsmi saytı yayıb. Görüşü İngiltərədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Endryu Medli olacaq. Ona yan xətt hakimləri Deniel Kuk və Qarri Lennard kömək edəcək. Dördüncü hakim funksiyasını Saymon Huper yerinə yetirəcək.
"Qarabağ" "Lex"lə ilk oyunu iyulun 5-də səfərdə keçirəcək. Komandalar arasındakı cavab matçı 12-də Bakıda olacaq