"Football-plus.az" xəbər verir ki, keçidin alınmamasına Pernambuku təmsilçisinin saxtakarlıq etmək istəməsi olub. Bu məlumatı Braziliya mətbuatı yayıb.
Danışıqlar "köhlən atlar"ın qarşı tərəfin ödəniş üçün təqdim etdiyi bank hesabından şübhələnməsindən sonra dayandırılıb.
İddiaya görə, "Nautiko" depozit üçün klubun deyil, direktorlardan birinin hesab nömrəsini göndərib. Bundan sonra isə anlaşma pozulub.
Məsələ ilə bağlı ölkə mətbuatin açıqlama verən "Nautiko"nun idman direktoru Roberto Selva isə bu məsələdə "Qarabağ"ı günahlandırıb:
"Beynəlxalq danışıqlarda təhlükəsizlik üçün həmişə kluba kömək edən ixtisaslaşmış şirkətlərin məsləhətlərindən və təmsilçiliyindən istifadə edirik. Bu, danışıqlarda standart prosedurdu. Rhaldney "Qarabağ"a transferindən öncə evlənmək üçün ona vaxt verilməsini istədi. Klub isə bildirdi ki, belə olan halda düşərgəyə vaxtında qoşula bilməyəcək. Təbii ki, bunların hamısı bəhanədi. Mən heç bir problemin olmayacağını bildirsəm də, Azərbaycan klubundan cavab gəlmədi".




