"Qarabağ"dan 1 milyonluq transfer

24.06.2022 13:12 1 028
Premyer-liqa
“Qarabağ” Braziliyanın “Nautiko” klubunun futbolçusu Rhaldneylə anlaşıb.

"Football-plus.az" xəbər verir ki, bu məlumatıı “ne45.com.br” saytı yayıb. 23 yaşlı dayaq yarımmüdafiəçisi iyulun 1-dən “köhlən atlar”a qoşulacaq.

Ağdam klubunun “sambaçı” üçün qarşı tərəfə 1 milyon dollara yaxın təzminat ödəyəcəyi bildirilib. Arxa xətt oyunçusunun “Nautiko” ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Rhaldney indiyədək yalnız Braziliya klublarında çıxış edib.