Leonardonun PSJ-dəki aqibəti böyük ölçüdə məlum olub.
O, idman direktoru vəzifəsini bu mövsümün sonunda tərk edəcək. Bu barədə “AS” qəzeti məlumat yayıb. İddiaya görə, PSJ-nin prezidenti Nasser Əl-Xelayfi ümumilikdə son transferlərin nəticələrindən narazıdı. Hər halda ötən yay reallaşdırılan böyük keçidlərə baxmayaraq, komanda Çempionlar Liqasında mübarizəni 1/8 finalda dayandırıb. Üstəlik, idman direktoru uzun müddətdi Kilian Mbappe ilə yeni müqavilə üzrə danışıqlarda razılığa gələ bilməyib.
Leorandonun yerinə əsas namizədin “Tottenhem”in icraçı direktoru Fabio Paratiçi olduğu bildirilir.
Leonardonun aqibəti məlum oldu
Dünya futbolu

