“Marsel”dən “Atletiko”ya üz tutacaq

18.04.2022 01:44 450
Dünya futbolu
Bubakar Kamara mövsümün sonunda iş yerini dəyişəcək.

“Atletiko” “Marsel”in oyunçusunu heyətinə qatmağa yaxındı. “Marka” qəzetinin yaydığı xəbərə görə, İspaniya klubu fransalı yarımmüdafiəçi ilə razılığa gəlib. 22 yaşlı oyunçu “Atletiko” ilə 4 illik müqavilə imzalayacaq.

Kamara yeni klubuna azad agent kimi keçəcək. Onun “Marsel”lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.