“Football-plus.az” saytının məlumatına görə, öncə meydana 1-ci qrupda yer alan komandalar çıxacaq. Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallina Zapoos” komandaları mübarizə aparacaq. Onlar "ASK Arena"da münasibətləri aydınlaşdıracaq.
Azərbaycanı isə Region Liqasının 2021/22 mövsümünün qalibi “Cəbrayıl” təmsil edəcək. Cavid Hüseynovun komandası ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos”la Şamaxıda qarşılaşacaq. Onu da bildirək ki, təmsilçisimizin iştirakı ilə keçiriləcək ilk qarşılaşama sabah baş tutacaq.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla saytımıza açıqlamasında təşkilatçılıqla bağlı bunları söylədi:
“Birinci qrupda yer alan komandalar iyunun 22-dən Bakıya gəlib. Hər üç komanda “Days” otelində məskunlaşıb. Matçları idarə edəcək hakimlərə isə “Baku Marriott Hotel Boulevard”da yer ayrılıb. Təşkilatçılıqla bağlı heç bir çətinlik yoxdu”.
RƏŞAD





