• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Cəbrayıl”ın Şamaxı toplanışını AFFA maliyyələşdirir - MÜSAHİBƏ

Müsahibə / Günün xəbəri

21-06-2022, 14:0

İyunun 24-də “Cəbrayıl” UEFA Region Kubokunun ilkin seçmə mərhələsində Belarus “Kolos”u ilə üz-üzə gələcək.

Cavid Hüseynovun çalışdırdığı komanda 10 gündən artıqdı oyunun keçiriləcəyi Şamaxıda hazırlığa başlayıb. Dünən Cavid bəylə əlaqə saxlayıb, bəzi suallara cavab tapmağa çalışdıq.

- Əvvəlcə hazırlıq barədə məlumat verməyinizi istərdik. Komanda “Kolos”la oyuna hazırdı?
- Bildiyiniz kimi, iyunun 12-dən Şamaxı Olimpiya Kompleksində təlim-məşq toplanışına başlamışıq. Şükür Allaha, hazırlıq baxımından bu günə qədər hansısa çətinliklə üzləşməmişik. Uşaqlar da məşqlərdə özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Komandanın gündən-günə inkişaf etdiyini görürük. Komandanın, demək olar, yenidən formalaşdığını ötən dəfə sizə demişəm. Köhnə heyətdən kollektivdə 4-5 futbolçu qalıb.

- Kollektivdən söz düşmüşkən, ötən dəfə bizimlə söhbətdə heyətin 95 faizinin yenilərdən təşkil olunacağını bildirmişdiz. Onlar kimlərdi və hardan dəvət etmisiz?
- Geridə qalan mövsümdə Region Liqasında mübarizə aparan 5-6 komandadan oyunçular dəvət etmişik. Onların arasında “Xan Lənkəran”da, “Ağsu Siti”də, “Mübariz”də və “Ümid”də oynayanlar var. Bacardığımız qədər perspektivli, komandanın gücünə güc qatmağı bacaracaq futbolçuları dəvət etmişik. Komandanı yenidən qurmaq, komplektləşdirmək çox əziyyətli iş olsa da, bu addımı atmağa məcburuq. Yarışın reqlamenti belə tələb edirdi. Hələ ki hazırlıq prosesi istədiymiz formada davam edir. Düzdü, sıxıntılarımız da var. Hücum və yarımmüdafiədə seçim imkanımız geniş olsa da, müdafiəçilərimizin sayı azdı. Sifariş ərizəsini təqdim etmək üçün vaxtımız az olduğundan, istədiyimiz seleksiyanı gerçəkləşdirmək mümkün olmadı.

- Birinci qrupda üç komanda – “Basiani” (Gürcüstan), "Kaskelen" (Qazaxıstan) və "Tallin Zapoos" (Estoniya) yer alır. Yarışın reqlamentinə əsasən bu komandalar öz aralarında bir dəfə qarşılaşıb qrup birincisini müəyyənləşdirəcəklər. Sizin yer aldığınız ikinci qrupda isə “Cəbrayıl” və “Kolos”du ki, bu üzdən Belarus təmsilçisi ilə iki dəfə üz-üzə gəlmək məcburiyyətindəsiz. Sizcə, ilk pilləni tutmaq üçün hansı qrup daha münasibdi?
- Məncə, bir komanda ilə iki dəfə üz-üzə gəlmək üstünlükdü. İlk oyunda rəqibi daha yaxından tanımaq şansın olur. Ona bələd olandan sonra ikinci görüş üçün fərqli sistemdən, taktiki gedişdən istifadə etmək olar. Bir sözlə, növbəti mərhələyə yüksəlmək baxımından bizim qrup daha münasibdi.

- İlk oyun ərəfəsində Belarus komandası barədə hansı məlumata sahibsiz?
- Bəzi oyunlardan 2-3 dəqiqəlik videolarını izləmişik. Əlimizdə onların iştirakı ilə keçirilən hansısa matçın tam videoyazısı yoxdu. Fraqmentlərə baxmışıq ki, bu da rəqib barədə fikir formalaşdırmaq üçün yetərli sayıla bilməz. Ancaq bu yöndə axtarışımız davam edir. Oyun gününə qədər “Kolos”un hansısa görüşünün tam videosunu tapmağa çalışacağıq.

- İyunun 12-dən Şamaxıda təlim-məşq toplanışındasız. Toplanışın xərcini kim qarşılayır?
- Bütün xərcləri AFFA qarşılayır. Rayonun icra hakimiyyəti də əlindən gələn köməyi göstərməyə çalışır. Düzdü, müyyən sıxıntılarımız da var. 25-30 nəfərlik komandanın gündəlik xərcini qarşılamaq üçün yetərincə böyük vəsait tələb olunur. Komandanın direktoru, dostum və “Cəbrayıl”ın sponsoru Şahin Məmmədovun da böyük dəstəyini hiss edirik. Rayonun iş adamları da bizi yaddan çıxarmırlar, imkan daxilində komandaya yardım edirlər. Sıxıntımız, çətinliyimiz olsa da, əsas odu ki, işimizə doğru-dürüst yanaşırıq. Yaxşı başa düşürük ki, UEFA Region Kubokunda tək Cəbrayılı yox, Azərbaycanı təmsil edirik. Fikrimcə, sonluq yaxşı olacaq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

9-06-2022, 15:0

"Cəbrayıl"ın Region Kubokundakı rəqibi bilindi

Ölkə futbolu / Manşet

26-05-2022, 15:0

“Cəbrayıl” hansı stadionda oynayacaq? - AÇIQLAMA

Ölkə futbolu

8-06-2022, 21:0

Cavid Hüseynov: “Cəbrayıl” birinci divizionda çıxış etsəydi, heç yerə getməzdim”

Ölkə futbolu

20-05-2022, 19:0

"Allah da bizim tərəfimizdəydi" - Cavid Hüseynov

Ölkə futbolu / Manşet

19-05-2022, 12:0

"Oyunun mahiyyətini, ciddiyyətini, bizim üçün nə qədər əhəmiyyətli olduğunu bilirik" - AÇIQLAMALAR

Ölkə futbolu / Manşet / Günün xəbəri

5-06-2022, 16:0

Cavid Hüseynovun yeni iş yeri bəlli oldu - ÖZƏL

Aktual
Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
"Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
“Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
“Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
Son xəbərlər
  • Bu gün, 22:14
    Paytaxt klubunu tərk edəcək
  • Bu gün, 21:43
    Ramil Şeydayevin növbəti dayanacağı hara olacaq?
  • Bu gün, 21:12
    Yunanıstan karyerası 7 ay çəkdi
  • Bu gün, 20:41
    AFFA-dan "Turan Tovuz"la bağlı növbəti açıqlama
  • Bu gün, 20:10
    Madridi tərk edəcək
  • Bu gün, 19:40
    Romadan Berqamoya üz tutacaq
  • Bu gün, 19:09
    İspaniya klubunda istefa
  • Bu gün, 18:31
    UEFA "Turan Tovuz"la bağlı qərarı təsdiqlədi - detallar
  • Bu gün, 18:00
    Milli komandada yeni müqavilə
  • Bu gün, 17:30
    AFFA “Turan Tovuz”a məsləhət verdi – “CAS-a şikayət edin”
  • Bu gün, 16:44
    Premyer-liqada hamını arxada qoydu
  • Bu gün, 16:03
    "Turan Tovuz" məhkəmədən qalib ayrılacaq" - "Ultras Turan"ın rəhbəri günahkarlara səsləndi
  • Bu gün, 15:32
    Bütün həmkarlarını arxada qoydu
  • Bu gün, 15:01
    Karyerasını başa vurdu
  • Bu gün, 14:30
    “Bu səbəbdən mən yollarımızı ayırmağa qərar verdim” – qarşılıqlı razılıq olmayıb?
  • Bu gün, 13:59
    Milli komandada yeni anlaşma
  • Bu gün, 13:28
    U-20 millimizin rəqibi müəyyənləşdi
  • Bu gün, 12:57
    İtaliya paytaxtını tərk etmədi
  • Bu gün, 12:26
    Millimiz Serbiya ilə üz-üzə - AÇ
  • Bu gün, 11:55
    ''Monako'' yenə məşqçisinə görə cərimə ödəməli olacaq
  • Bu gün, 11:34
    Azərbaycan – Macarıstan matçının hakimləri
  • Bu gün, 11:13
    Koxalski ilə Zubir ÇL-nin ən yaxşıları arasında
  • Bu gün, 10:52
    “Zaurgil AFFA rəhbərliyi ilə görüşmək istəyirlər”  - Mübariz Mənsimov Lənkəranda futbolun olacağına söz verib
  • Bu gün, 10:31
    Levandovski İstanbul nəhənginə gəlir? - Həyat yoldaşı da təsdiqlədi
  • Bu gün, 10:00
    UEFA "Turan Tovuz"u avrokuboklardan kənarlaşdırdı
  • Dünən, 23:55
    “Legionerlərimiz öz ölkələrində, istirahətdədi” – “Zirə” “Turan-Tovuz”la bağlı rəsmi xəbər gözləyir
  • Dünən, 23:20
    “Ortada bir qərar yoxdu ki, ona uyğun addım ataq” – “Turan Tovuz”dan növbəti reaksiya
  • Dünən, 22:44
    TFF klub prezidentlərinə DÇ üçün pulsuz bilet verməyəcək
  • Dünən, 22:30
    "Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırdı
  • Dünən, 21:54
    “Beşiktaş”ın sabiq prezidenti bu köklü klubu xilas edə bilər
  • Dünən, 21:29
    Burak Yılmaz Fransaya yollanır?
  • Dünən, 20:50
    “Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
  • Dünən, 20:00
    Doğma klubuna sərmayə qoydu
  • Dünən, 19:32
    Luis Enrike hələ ki liderdi
  • Dünən, 19:06
    Modriçin mundialdakı seriyası 5-ə çatacaq
Daha çox
Oxunub: 407
Qurban Qurbanov Addainin əl-qolunu bağlamasaydı...
Oxunub: 210
“Sxadadzenin müqaviləsinə xitam verilməsi gözlənilmir” – Səbuhi Səfiyarlı
Oxunub: 207
“Qarabağ”da növbəti ayrılıq dalğası yetişdi! – daha kimlər Qurban Qurbanovun “radarına düşüb”?
Oxunub: 195
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 185
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 167
“Əlbəttə, bu qərar bizi məyus etdi” – Tovuzdan reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə