Məlum olduğu kimi, UEFA Region Kubokunun 2022/23 mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.
Ölkəmizi bu turnirdə təmsil edəcək "Cəbrayıl" 2-ci qrupda Belarus komandası ilə qarşılaşacaq. 1-ci qrupda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanacaq komandanın adına aydınlıq gətirəcək. Qalib əsas mərhələdə Türkiyə, Portuqaliya və Finlandiya komandaları ilə üz-üzə gələcək.
Görəsən, iyunun 23-29-u aralığıda baş tutacaq oyunlara hansı stadionlar evsahibliyi edəcək? Bu haqda məlumat almaq üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq. Onun sözlərinə görə, 1-ci qrupun oyunları “ASK Arena”da keçiriləcək. “Cəbrayıl”ın bütün görüşləri isə Şamaxı şəhər stadionunda baş tutacaq. Yusif Vəliyev həmçinin final görüşünün də Şamaxıda baş tutacağını diqqətə çatdırdı.
ŞAİR ABDULLA
“Cəbrayıl” hansı stadionda oynayacaq? - AÇIQLAMA
Ölkə futbolu / Manşet




