"Neftçi"nin yeni baş məşqçisi açıqlandı

21.06.2022 23:22 587
Aktual / Premyer-liqa
“Neftçi”nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.

"Football-plus.az" xəbər verir ki, “ağ-qaralar”ı Laurençiu Reqekampf çalışdıracaq.

Komandanın yeni baş məşqçisi “Neftçi TV”nin canlı efirində açıqlanıb. O, növbəti iki mövsümdə "Neftçi"ni çalışdıracaq.

46 yaşlı məşqçi “Styaua”, “Liteks”, “Əl Vahda”, “Əl Vasl”, “Əl Əhli”, “Universitetya Krayova” klublarında işləyib.