Maydan sonra futzal millimizi kim çalışdıracaq? - ÖZƏL

16.05.2022 15:57 437
Yığma / Manşet
Maydan sonra futzal yığmamızı çalışdıracaq mütəxəssisin adına aydınlıq gəlib.

“Football-plus.az” saytının Futzal Federasiyasına yaxın mənbələrdən əldə etdiyi bilgiyə görə, müqaviləsinin müddəti mayın 31-də başa çatacaq Joze Alesio Da Silva ilə yeni anlaşma imzalanacaq.

Mənbəmizin sözlərinə inansaq, federasiya prezidenti Zaur Axundov braziliyalı mütəxəssisin işindən razı olduğundan onun həm yığmada, həm də “Araz-Naxçıvan”da işini davam etdirməsini istəyir.

RƏŞAD