Nəhayət, Luka Modriçin məsələsinə aydınlıq gəlib.
“Real” rəhbərliyi yarımmüdafiəçi ilə müqaviləni yeniləməklə bağlı razılığa gəlib. “Marka” qəzetinin xəbərinə görə, yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
Anlaşmanın yenilənməsi yaxın günlərdə rəsmən elan ediləcək. Rəhbərlik 36 yaşlı xorvat futbolçuya karyerasını başa vurduqdan sonra klubun strukturunda vəzifə də təklif edib.
“Real”da daha bir il top qovacaq
Dünya futbolu

