Nadir Nəbiyev: “Samir Abasov "Turan Tovuz"un “sükanı arxasında” olsaydı və...” - AÇIQLAMA

13.06.2022 15:50 574
Aktual / Manşet
“Neftçi”nin Müşahidə Şurası Samir Abasovla əməkdaşlığa son verdi.

Premyer-liqanın gümüş mükafatçısı əcnəbi mütəxəssisə tapşırılacaq. Vaxtilə “ağ-qaralar”ın uğurları üçün çalışan Nadir Nəbiyevin bununla bağlı fikirlərini öyrəndik. Veteran futbolçu “Football-plus.az” saytına bunları söylədi:

"Neftçi"nin Müşahidə Şurası gələcəkdə əcnəbi mütəxəssislərin praktikasından istifadə edərək komandanı dirçəltmək istəyirsə, öz işləridi. "Ağ-qaralar"ın sabiq futbolçusu kimi onları qınamağım düzgün çıxmaz. Amma Tovuz Futbol Akademiyasının səlahiyyətli nümayəndəsi kimi öz fikrim var. Samir Abasov "Turan Tovuz"un “sükanı arxasında” olsaydı və son 2 mövsümdə komandaya əvvəlcə qızıl, sonra gümüş medallar qazandırsaydı, onunla yola davam edərdik".


ABDULLA İSMAYILOĞLU