• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Anar Nəzirov: “Millinin “sükan”ını əcnəbilərə etibar etmək ənənəsinə son qoyulmalıdı” - MÜSAHİBƏ

Müsahibə

8-06-2022, 17:0

"Zirə"nin təcrübəli qolkiperi Anar Nəzirov premyer-liqanın ən yaşlı yerli qapıçısıdı.

Komandasında yetərincə şans qazanmasa da, meydana çıxdığı oyunlarda özünü yaxşı tərəfdən göstərib. Onunla əlaqə saxlamaqda məqsədimiz komandasının ötən mövsümdəki çıxışı, Konfrans Liqasındakı hədəflər və yığmamız ilə bağlı fikirlərini öyrənmək idi.

- Yola saldığımız mövsümü "Zirə" üçün necə qiymətləndirərdin?
- İki “cəbhə”də mübarizə apararaq, çox gərgin mövsüm keçirdik. Çempionatı bürünc medalla başa vurduq. Kubokun finalında oynadıq, yalnız penalti seriyasında üzüldük. Düşünürəm ki, yaxşı mövsüm keçirdik və qarşıya qoyulan hədəfə çataraq Konfrans Liqasına vəsiqəni təmin etdik.

- Mövsüm ərzində oynamaq üçün çox şans qazanmadın. Səbəb nə idi?
- Məşqçimizin seçimiylə bağlı idi. Rəşad müəllim hansı futbolçuya nə vaxt şans verəcəyini yaxşı bilir. Komandadakı qapıçıların hamısı yaxşı formadadı. Hər birimiz "Zirə" üçün əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq.

- Karyeranı harda davam etdirəcəksən?
- İnşallah, "Zirə"də qalıb daha yaxşı hədəflərə nail olmağı düşünürəm.

- Konfrans Liqasında "qartallar"ın qarşısına hansı hədəflər qoyulub?
- Məşqlərdə və iclaslarda Rəşad Sadıqovun təkrar-təkrar dediyi ifadə var: "Uzaq gördüyünüz hədəflər sizin biraddımlığınızdadı". Onun sözləri bizim üçün motivasiyadı. Konfrans Liqasına vəsiqə qazanmışıqsa, meydanda mübarizə aparıb maksimum irəli getməliyik.

- Rəşad Sadıqovu futbolçu və məşqçi kimi necə xarakterizə edərdin?
- Rəşad Sadıqov Azərbaycan futboluna adını qızıl hərflərlə yazmış biridi. Artıq nəsə deməyə ehtiyac duymuram. Futbolçu kimi meydanda necə tələbkar, mübariz idisə, baş məşqçi kimi 10 qat artıq tələbkar, mübarizdi.

- Yığmamız Millətlər Liqasına yenə uğursuz başladı. Səncə, milli niyə “qara zolaq”dan çıxa bilmir?
- Millinin hazırkı vəziyyəti hamımız üçün faciədi. İllərdi yerimizdə sayırıq. Vaxtilə rahat məğlub etdiyimiz komandalar qarşısında bu gün boyun əyirik. Yığmada ab-hava mütləq dəyişməlidi. Ölkənin əsas komandasının “sükan”ını əcnəbilərə etibar etmək ənənəsinə son qoyulmalıdı. Bu vaxta qədər milliyə əcnəbilər rəhbərlik etdi, nə dəyişdi?! Bu post üçün yetişən kifayət qədər gənc mütəxəssis var. Onlara güvənib, şans vermək vaxtı çoxdan çatıb.

- Təcrübəli futbolçu kimi hansı yerli məşqçini namizəd görərdin?
- Ad çəkməyim düz çıxmaz. Amma yetərincə perspektivli gənc məşqçilər var. Yurçeviçlə De Byazi millinin “sükanı arxasında” komandanı yaşıl meydanlarda fiaskoya uğradıb, güc-bəla 1 xal toplayıb qrupun dibində batırırsa, deməli, onların bacarığı bura qədərdi. Amma gəlin çempionatımıza baxaq. Ayxan Abbasov məşqçilik karyerasında "Zirə" və "Sumqayıt"la qiyəmiqyaslı yarışlarda çıxış etdi. Elmar Baxşıyev maliyyə cəhətdən zəif, heyəti kasad "Qəbələ"dən mübariz komanda formalaşdırıb Konfrans Liqasına vəsiqə qazandı. Həmçinin başqa məşqçilərimiz uğurlarından danışmaq olar. Fakt göz önündədi, əcnəbi məşqçilərin gəlişi ilə futbolumuz tənəzzül edir. Yerli mütəxəssislərin sayəsində zəif də olsa, inkişaf edirik.

- 36 yaşındasan, bundan sonra nə qədər oynamağı düşünürsən?
- Dünya futbolunda yaş söhbəti aradan qalxdığı halda, bizdə hələ də futbolçunun meydanda sərgilədiyi oyunu yox, yaşını qabardırlar. Yaşın 30-u keçən kimi səni futboldan getməyə səsləyirlər. Belələrinə izah etmək olmur ki, sağlamamsa, fiziki və mənəvi hazırlığım yerindədirsə, meydanda mübarizə aparmaq gücüm varsa, niyə futbola əlvida deməliyəm?! Dieqo Lopes, 40 yaşının olmasına rəğmən, La Liqada oynayır və "Espanyol"un əsas qapıçısıdı. "Betis"in “çərçivə”sini 39 yaşlı Klaudio Bravo qoruyur. Həmin futbolçulara "39-40 yaşındasız, niyə hələ də oynayırsız?" demək hansı məntiqə sığır? Elə öz çempionatımızda çıxış edən Asif Məmmədov hamıya nümunə olmalıdı. 36 yaşında olmasına rəğmən, "Qəbələ"nin əsas heyət oyunçusu və düşünən beynidi. Yaşından asılı olmayaraq, futbolçu gücü, sağlamlığı imkan verdiyi qədər oynamalıdı. Əslində yaşlı futbolçunun meydanda özünü yaxşı tərəfdən göstərməsində klub rəhbərliyinin, məşqçilərin, tibbi personalın, psixoloqun və başqa şəxslərin də rolu var. Yaşlı futbolçu onlardan lazımi qayğı görürsə, bu onun oynaması üçün ayrıca motivasiyadı. Hazırda özümü yaxşı formada hiss edirəm. İnşallah, gücüm çatan qədər oynamağı düşünürəm.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə kuboku / Manşet

28-05-2022, 08:0

Anar Nəzirov: "Finala çıxmağımızın özü böyük işdi" - AÇIQLAMA

Ölkə futbolu

29-04-2022, 16:0

Anar Nəzirov komanda yoldaşını zədələməsindən danışdı

Premyer-liqa

16-05-2022, 10:0

"Bacardıq" - Təmkin Xəlilzadə

Ölkə futbolu / Manşet

19-05-2022, 19:0

“Zirə”nin Azərbaycan kubokunun finalı ilə bağlı planı - ÖZƏL

Aktual
Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
“Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
"Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
“Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
“Səbail” Türkiyəyə gedir, amma burda yeri yoxdu
ÇSKA-nın “Qarabağ”la “sülh”ü buzları əritdi – komanda ölkəsində tərif eşitdi
Son xəbərlər
  • Bu gün, 22:13
    Mahir Polşada bəxtsizlikdə üzləşdi - ilk tur matçında nə baş verdi?
  • Bu gün, 21:44
    Mançesterdən Madridə yollandı
  • Bu gün, 21:13
    İngiltərədə iş yerini dəyişə bilər
  • Bu gün, 20:42
    "Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
  • Bu gün, 20:11
    "Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
  • Bu gün, 19:40
    Toral "Şaxtyor"a qarşı oyunun start heyətində
  • Bu gün, 19:08
    DÇ-2026-nın arzuolunmaz rəmzi yığmasına kimlər düşdülər?
  • Bu gün, 18:37
    Təxminən 4 ay “istirahət edəcək”
  • Bu gün, 18:06
    “Milan”ı tərk etməyəcək
  • Bu gün, 17:35
    "Çempionatın startına kimi komanda daha yaxşı hazır olacaq" - Zaur Həşimov
  • Bu gün, 17:03
    Salibanı kim əvəz edəcək?
  • Bu gün, 16:32
    Mahir start heyətində!
  • Bu gün, 16:00
    İngiltərədə klubunu dəyişdi
  • Bu gün, 15:32
    Yeniyetmə istedad “Liverpul”a qoşuldu
  • Bu gün, 15:11
    “Agentim “Rakuv”la bir aydan çox danışıq apardı” - Mahir Polşaya niyə qayıtdı?
  • Bu gün, 14:53
    Zambiyalı futbolçu "Kəpəz"də
  • Bu gün, 14:32
    Gözlənilən təyinat rəsmiləşdi
  • Bu gün, 14:01
    Qapıçı ilə müqavilə yeniləndi
  • Bu gün, 13:40
    "Sabah" Finlandiyaya yollandı - Dambrauskas jurnalistlərlə görüşəcək
  • Bu gün, 13:19
    "Şamaxı" Qətər klubu ilə üz-üzə
  • Bu gün, 12:58
    Klubuna daha bir il gərək oldu
  • Bu gün, 12:27
    “Məsələ günahkar axtarmaq yox, oyunu necə xilas etməyi düşünməkdi” - Şahin Diniyev “Neftçi”yə inanır
  • Bu gün, 12:01
    İngiltərə futbolunda böyük itki
  • Bu gün, 11:33
    Qarsiyaya xələf olacaq
  • Bu gün, 11:00
    Dünya çempionu əməliyyat olunacaq
  • Bu gün, 10:30
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Göz yaşlarını saxlaya bilmədi
  • Bu gün, 00:47
    "Neftçi" PAOK-a uduzdu, mübarizəni dayandırdı
  • Bu gün, 00:20
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 23:50
    İngiltərə klubunda yeni oyunçu
  • Dünən, 22:54
    “Məncə, problem təkcə nəticələrdə deyil” - azarkeşlər avrokubok oyunlarına niyə maraq göstərmir?
  • Dünən, 22:13
    London klubunda yeni oyunçu
  • Dünən, 21:44
    Birmingemdən Londona yollandı
  • Dünən, 21:12
    Qattuzonun yerini o tutacaq
  • Dünən, 20:41
    Milli komandanı tərk edəcək
Daha çox
Oxunub: 209
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 165
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 122
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Oxunub: 102
“Sabah” üçün çətin, “Neftçi” üçün mümkünsüz vəzifə! - onlar rəqiblərə yerini göstərə biləcəkmi?
Oxunub: 98
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Oxunub: 87
Maluda ilə bağlı qeyri-müəyyənlik – fransalı cavab matçında oynayacaqmı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə