"Football-plus.az" xəbər verir ki, məlumatda bildirilir:
“Hillmanın ölümü ilə bağlı xəbərə görə dərin məyusluq içindəyik. O, həmişə isti təbəssüm daşıyan əsl centlmen, qürurlu kişi və ata idi. Bütün fikirlərimiz Hillmanın ailəsinin yanındadı”.
Mərhum hokkeyçi “Toronto”nun heyətində 4 dəfə (1962, 1963, 1964, 1967) Stenli kubokunu qazanmış, həmçinin “Detroyt” (1955) və “Monreal” (1969) ilə də bu titulu bayram etmişdi. Müdafiəçi MHL-də keçirdiyi 864 oyunda 243 (38+205) xal toplamışdı.

