Ronaldo MY-də hamını arxada qoydu

26.03.2022 23:20 531
Dünya futbolu
“Mançester Yunayted”də mart ayının ən yaxşı futbolçusu məlum olub.

Bu nominasiyada Kriştiano Ronaldo qalib gəlib. Portuqaliyalı hücumçu ötən ay sərgilədiyi çıxışı ilə Ceydon Sanço və Fredi qabaqlayıb.

Ronaldo martda premyer-liqanın “Tottenhem”lə keçirilən matçında (3:2) het-trik etmişdi. 37 yaşlı hücumçu bu mövsüm 3-cü dəfə komandasının ən yaxşı oyunçusu seçilib.