Fransa milllisinin baş məşqçisi nə üçün düşərgədə yoxdu?

4.06.2022 12:00 445
Dünya futbolu
Fransa futbol yığmasının baş məşqçisi Didye Deşama ağır itki üz verib.

"Football-plus.az" xəbər verir ki, 54 yaşlı mütəxəssisin atası dünyasını dəyişib. Bu səbəbdən Deşam Millətlər Liqasının iyunda keçiriləcək oyunlarına hazırlaşan komandanın düşərgəsini tərk edib. Hazırda yığmaya müvəqqəti onun köməkçisi Gi Stefan başçılıq edir.

Xatırladaq ki, Fransa A liqasında Danimarka, Xorvatiya və Avstriya ilə eyni qrupda yer alıb.