Millimiz Latviya ilə bacarmadı

27.05.2022 20:39 462
Yığma
Qəbələdə təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, Latviyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Millimizin heyətində penaltidən Balamirzə Mehdizadə fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyun 3:0 hesabı ilə yığmamızın xeyrinə nəticələnmişdi.