Rusiya millisinin sabiq futbolçusu Aleksandr Səmədova yeni vəzifə verilib.
"Football-plus.az" saytının məlumatına görə, Azərbaycan əsilli veteran oyunçu premyer-liqaya yeni vəsiqə qazanan "Fakel" də baş seleksiyaçı kimi çalışacaq. Bu haqda Voronej təmsilçisinin mətbuat xidməti xəbər yayıb.
"Fakel" başa çatan mövsümdə Rusiya 1-ci divizionunu 74 xalla ikinci pillədə başa vurub və elitaya vəsiqə qazanıb.
Qeyd edək ki, Aleksandr Səmədov futbolçu karyerası ərzində "Sparkak", "Lokomotiv", "Dinamo", "Krılya Sovetov" klublarında çıxış edib. O, 53 dəfə Rusiya millisinin formasını geyinib.