Azərbaycan əsilli futbolçu Rusiya klubundan ayrıldı

5.04.2022 12:36 599
Ölkə futbolu
Aleksandr Səmədov "Lokomotiv"dən ayrılıb.

"Football-plus.az" saytının məlumatına görə, bu haqda veteran futbolçu Rusiya mətbuatına açıqlama verib.

O, Moskva təmsilçisində gənclər komandasının baş seleksiyaçısı vəzifəsində çalışırdı. Səmədovun sözlərinə görə, “Lokomotiv”lə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, Aleksandr bu vəzifəyə 2021-ci ilin yanvarında təyin olunmuşdu.