• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ Mbappenin istəyinə uyğun ilk addımı atdı - YAZI

Manşet / Yazarlar

30-05-2022, 10:0

Leonardonun yerinə çempion “Monako”nu quran portuqaliyalı gəlir

Kilian Mbappe ilə müqaviləni yeniləyən PSJ artıq dəyişikliklər mərhələsinə qədəm qoyub. Kiliana uyğunlaşdırılan ilk qərarlar hazırdı. İdman direktoru Leonardo ilə yollar ayrılır, tezliklə baş məşqçi Maurisio Poçettino da gedəcək. Bu vəzifəyə Zinəddin Zidanı dəvət etmək istəyirlər.

Leonardoya isə artıq əvəzedici tapılıb. Söhbət “Lill”in idman direktoru və vaxtilə çempion olan “Monako”nun skaut qrupunun rəhbəri portuqaliyalı Luiş Kampuşdan gedir. Bu yerdəyişmə hələ rəsmən təsdiqlənməsə də, “RMC Sport” Leonardonun 2019-dan bəri tutduğu postu artıq tərk etdiyini xəbər verir.
Leonardo ilə ayrılığın əsas səbəbi Mbappe ilə danışıqlardakı uğursuzluqdu. İdman direktoru futbolçu ilə dil tapa bilmədiyinə görə Qətər əmiri ilə Franda prezidenti Emmanuel Makron da işə müdaxilə etməli oldu. Daha bir irad transferlərdə yol verilən səhvlərdi. Klub belə hesab edir ki, məhz bu üzdən çoxdan arzuladığı ÇL-i qazana bilməyib.



PSJ və Mbappe yeni idman direktoru ilə yeni səhifə açmaq istəyir. Kampuş amili həqiqətən Kilianın qərarına təsir edib. Daha doğrusu, Luişin bu posta gətirilməsi futbolçunun tələblərindən biri olub. Portuqaliyalının vacib fiqur olduğunu “Real”da da anlayırdılar. “Marca” 2021-in iyulunda yazırdı ki, Peres portuqaliyalının sayəsində Kilianı cəlb etmək istəyib, ancaq Luislə anlaşa bilməyib. Hətta Kampuşun vaxtilə “Real”da bir il skaut kimi çalışması da işə yaramayıb. Bu dəfə PSJ əsas rəqibini qabaqlayıb.

Çempion “Monako”nu məhz Kampuş yığmışdı

Luiş “Monako”ya 2013-də - idman direktoru Vadim Vasilyevin dəvəti əsasında təşrif buyurub. Həmin vaxt klub yenicə elitaya qayıtmışdı və nəhəng pullar qarşılığında Falkao, Xames, Joao Moutinyo kimi ulduzları rənglərinə bağlamışdı. Portuqaliyalıdan Liqa 1-də mübarizəyə tam hazır olmayan “knyazlar”ı yenidən qurmaq tələb olunurdu. Kampuş klub menecementini, məşqçi korpusunu, tibbi personalı, az qala bütün strukturu yenidən formalaşdırmalıydı. O, bu işin öhdəsindən gəldi. “Mobako”da işlək mexanizm yaratdı. Portuqaliyalı özü də fitnes mütəxəssisi, məşqçinin köməkçisi və gənclərdən ibarət konandanın meneceri kimi çalışırdı. Bu peşələrin hər birindən ən xırda incəliklərə qədər xəbərdar idi. Vasilyev heyran qalmışdı:

“Kampuş rəhbərliklə personal arasında əlaqələndirici bağdı. Tam fərqli vəzifələrin öhdəsindən bacarıqla gəlir”.


“Monako” elitaya döndüyu elə ilk mövsümdə 2-ci yeri tutdu. Kampuş klubun bu günə qədər də sadiq qaldığı biznes-planın gerçəkləşməsi üçün ideal namizəd oldu. “Knyazlar” istedadları axtarıb tapır, yüksək səviyyəyə çatdırır və sonra satırlar. Kampuş futbolçularla bağlı bütün informasiyanı toplayır, onları iş başında yoxlayandan sonra “hə” və ya “yox” deyirdi.

Kampuş skaut işinin əsas prinsipi kimi məhz futbolçuları canlı görməyi önə çəkir:

“İş başında izləmək fundamentdi. Futbolçunun isinmə hərəkətlərinin intensivliyinə, əvəzetmədən meydana çıxarkən sifət cizgisinə görə xarakteri haqda qənaətə gələ bilərəm. Xarakter top səviyyəli istedadın üzə çıxarılmasında ən vacib ölçü vahididi”. Kampuşu yaxşı tanıyan Adel Əl-Omari əmindi: “Futbolçunun dəyərini müəyyənləşdirmək üçün Luişə 50 oyuna baxmaq lazım deyil. Onda belə Allah vergisi var”.


Luiç hım də çox əməksevərdi. “Monako”dakı anonim qaynağın “Le Journal du Dimanche”a müsahibədə dedikləri:

“Kampuş naharlarda parlamağı arzulayanlardan, təsir gücü barədə tərif yağdıranlardan deyil. O, gəzən reklam lövhəsinə bənzəyir. Klubda onu “Cənab hava axını” adlandırırlar, demək olar ki, ofisdə olmur, həmişə get-gəldədi”.


İşə belə münasibətin nəticədi ortadadı. Luiş “Monako”da sonradan kluba milyonlar qazandıran heyət yığmışdı. Onun dövründə hansı futbolçuların alınıb-satıldığına baxın:

Kilian Mbappe havayı 145 milyon*

Toma Lemar 4 milyon 72 milyon

Antoni Marsyal 5 milyon 60 milyon

Benjamen Mendi 13 milyon 57,5 milyon

Bernardo Silva 15,75 milyon 50 milyon

Fabinyo 6 milyon 45 milyon

Tyemue Bakayoko 8 milyon 40 milyon

* - avro ilə göstərilib.


Mbappenin tərəqqisində də Kampuşun rolu olub. Məhz o, Kilianın istedadını üzə çıxarıb: “Mən “Monako”da işə başlayanda Mbappe durumundan narazı idi. Ailəsi də onun imkan daxilində tez klubu tərk etməsini istəyirdi. Ona cəmi 10 dəqiqə vaxt ayırandan sonra düşündüm ki, necə də istedadlı oyunçudu! İkinci komandaya keçirdim. İki ay ərzində nəhəng sıçrayışa nail oldu və əsas heyətə yüksəldi. Fikrimcə, Kilian dünyanın ən yaxşı futbolçusu olacaq”.

Kampuş 2016-da “Monako”dan getdi, sonra “Lill” üçün çempion heyət yığdı və yenə dincəlməyə başladı. İndi də Kilian onu PSJ-yə çağırıb. Və Luiş bu təklifdən imtina etməyib. Belə görünür ki, onlar arasında xoş münasibət hələ də qalır.

ORXAN

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

12-03-2022, 21:0

Leonardonun aqibəti məlum oldu

Dünya futbolu

22-05-2022, 16:0

Mbappe PSJ-də qaldı, Leonardoya isə qapı göstərildi!

Dünya futbolu

23-05-2022, 12:0

''Qalatasaray''dan ayrılıb PSJ-yə keçir

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə