• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Vaci: “Möhtəşəm və güclü komandamız var” - MÜSAHİBƏ

Manşet / Müsahibə

27-05-2022, 14:0

2021/22 mövsümü “Qarabağ” üçün uğurlu alındı desək, yanılmarıq.

Ağdamlılar premyer-liqanın qalibi oldu, kubokun finalına vəsiqə qazandı. “Köhlən atlar” Konfrans Liqasının pley-offuna vəsiqə qazanmaqla da ölkə futbolu tarixində bir ilkə imza atdı. Ağdam təmsilçisinin transferləri də uğurlu alındı. Kadi Borgeslə İbrahima Vaci komandanın tapıntılarındandı. Düzdü, Qaspar Panadero istənilən effekti vermədi. Leandro Andrade ilə Rüstəm Əhmədzadə gələcəyə hesablanan transferlərdi. Ramil Şeydayevlə Riçard Almeydanın çıxışını da qənaətbəxş saymaq olar.

Ağdam təmsilçisinin hücum xəttində porblemlər var idi. Komanda səviyyəli forvard tapa bilmirdi. Amma bu mövsüm həm İbrahima Vaci, həm Ramil Şeydayev, həm də gənc Musa Qurbanlı özünü yaxşı tərəfdən göstərə bildi. Amma əsas diqqət ötən ilin avqustunda transfer olunan seneqallı Vaciyə idi. Norveçin “Hauqesunn” klubundan transfer olunan futbolçu “Qarabağ”ın heyətində keçirdiyi 27 matçda 16 qol vurdu, 3 məhsuldar ötürmə ilə yadda qaldı. 25 yaşlı forvardla “Qarabağ”ın uğurlu çıxışı, burdakı gələcəyi, çempionluq və kubokun finalı haqda söhbətləşdik.

- Azərbaycan premyer-liqasında qalibi olduz. Çempionluqla bağlı hisslərini bilmək maraqlıdı...
- Çox xoşbəxtəm. “Qarabağ”ın çempionluğunda mənim də payımın olması möhtəşəmdi. İndi gələcək haqda düşünmək lazımdı. Növbəti hədəflərimiz uğrunda mübarizə aparmalıyıq.

- Bu sənin karyeranda ilk çempionluq idi...
- Bəli. Möhtəşəm hisslərdi. Özümü qeyri-adi hiss edirəm. Çempionluğu əldə etmək əla duyğudu.

- Kubokun finalında “Zirə” ilə qarşılaşacaqsız. Həmin görüşdə qələbə qazana biləcəksiz?
- Məqsədimiz budu. Kubokun da qalibi olmaq istəyirik. Çətin görüş olacaq. Finalda hər şey baş verə bilər. Amma qələbə qazanmaq istəyirik. Ümid edirəm ki, bu hədəfimizə də çatacağıq.

- Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaq da hədəflərdən biridi?
- Bunu hamı istəyir. Azarkeşlərimiz, klub rəhbərləriyi, futbolçular Çempionlar Liqasının qrupuna vəsiqə qazanmağı arzulayır. Bunun üçün əlimizdən gələni edəcəyik. Allahın köməyi ilə istəyimizə çatacağıq. “Qarabağ” bir dəfə Çempion Liqasının qrupunda oynayıb. İndi də bunu edə bilərik. Möhtəşəm və güclü komandamız var. Komanda yoldaşlarıma güvənirəm. Yenidən bu uğura imza atacağımıza əminəm.

- Premyer-liqanın bombardiri olmaq üçün 1 qolun çatmadı. Buna təəssüflənirsən?
- Əlbəttə, yox! Çünki bu ada komanda yoldaşım layiq görüldü. Onun adına çox sevinirəm. Əlbəttə, bütün hücumçular qol vurmağa, komandasının qələbə qazanmasına çalışır. Klubun uğurları həmişə fərdi mükafatalardan üstün olub. Kadini bombardir olması münasibəti ilə təbrik edirəm. O, buna layiq idi. “Qarabağ”ın hər futbolçusunun uğuru mənimdi. Çünki biz komanda yoldaşıyıq. Hədəflərimizə çatmaq üçün birgə çalışırıq.

- Bəzi media təmsilçiləri iddia edir ki, mövsümün sonunda “Qarabağ”ı tərk edəcəksən. Bu haqda nə söyləyə bilərsən?
- “Qarabağ”la müqaviləm var. Hazırda özümü xoşbəxt hiss edirəm. Burda qalıb, daha böyük uğurlar əldə etmək istəyirəm.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

25-05-2022, 22:0

Vaci "Qarabağ"ı tərk edir? - ÖZÜ AÇIQLADI

Premyer-liqa / Manşet

1-04-2022, 01:0

Norveç klubu Vacini transfer etmək istəyib

Premyer-liqa / Manşet

15-04-2022, 20:0

"Qarabağ" "Şamaxı"nı biabır etdi - YENİLƏNİB

Premyer-liqa

4-05-2022, 11:0

"Biz çempionuq!" - İbrahima Vaci

Aktual
Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
“Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
“Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
“Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
“Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
Son xəbərlər
  • Bu gün, 16:43
    Mundial onun üçün erkən sona çatdı
  • Bu gün, 16:12
    Cavid Hüseynov, ortabab komanda, premyer-liqada qalmaq hədəfi... – “Araz-Naxçıvan”da yeni səhifə
  • Bu gün, 15:41
    “1,5 milyon manatın PFL-in büdcəsində saxlanılmasına icazə verilib” - AFFA-dan açıqlama
  • Bu gün, 15:20
    “Sumqayıt” yeni baş məşqçi tapa bilmir... – klub rəsmisindən açıqlama
  • Bu gün, 14:59
    "Zirə"də daha bir ayrılıq
  • Bu gün, 14:27
    “Futbolu bir çox idman növü kimi dörd hissədən ibarət etməli deyilik” - Aslan Kərimov mundialı dəyərləndirdi
  • Bu gün, 13:57
    Almaniyadan vətəni İspaniyaya qayıdacaq
  • Bu gün, 13:36
    “Qarabağ”ın rəqibi qələbələri sıralayır - heyətdə dəyişiklik varmı?
  • Bu gün, 13:15
    "Araz-Naxçıvan" kolumbiyalı futbolçu transfer etdi
  • Bu gün, 12:54
    Xankəndidə yeni cüdo zalı istifadəyə verildi
  • Bu gün, 12:23
    "Sabah" Avstriyada ilk yoxlama oyununu keçirəcək
  • Bu gün, 11:52
    “Zirə”nin rəqibi autsayderlə bacarmadı – bəs, hansı heyətlə oynadı?
  • Bu gün, 11:31
    "Neftçi"nin sabiq futbolçusu "Ballkani"də
  • Bu gün, 11:10
    PFL klublara 2 milyon 610 min manat ödədi
  • Bu gün, 10:59
    “Kəpəz” uğursuz olsa, Azər Məmmədovla birgə rəhbərlik də cavab verəcək” – “Xəmsə”
  • Bu gün, 10:28
    Elvin Cəfərquliyev Avstriyaya aparıldı, bəs Abbas hanı? - klub rəsmisi cavab verdi
  • Bu gün, 09:51
    1/16 finalda oynayacaq komandalardan 7-si bəllidi - DÇ səhəri
  • Bu gün, 02:02
    İngiltərə - Qana oyununda qol vurulmadı - DÇ gecəsi
  • Dünən, 23:59
    "Pafos" Muradın təqdimatını yayınladı
  • Dünən, 23:45
    "Şahdağ Qusar"da yeni futbolçu
  • Dünən, 23:01
    Portuqaliya Özbəkistanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 22:52
    Zaur Ramazanov AFFA-ya getməyə vaxt tapmır – yoxsa bu da qeyri-ciddi məsələdi?
  • Dünən, 22:14
    Mourinyo onları “Real”da görmək istəyir
  • Dünən, 21:43
    ''Fənərbaxça'' 17 futbolçu ilə yollarını ayıracaq
  • Dünən, 21:15
    Qurban Qurbanov Elvini bağışlayıb, yoxsa baha qiymətə satmaq istəyir? – menecerdən açıqlama
  • Dünən, 20:50
    "Zirə"dən daha bir transfer
  • Dünən, 20:24
    Koreyalılar media ilə ünsiyyəti dayandırdılar
  • Dünən, 19:53
    Roberto Karlos Argentina ilə Braziliyanı müqayisə etdi
  • Dünən, 19:22
    Yenidən doğma klubunda oynayacaq
  • Dünən, 18:51
    Amaniyaya qayıtdı
  • Dünən, 18:20
    Milli komandanın rekordçusu oldu
  • Dünən, 17:59
    Susqun “Turan Tovuz”, coşqun Rəşad Sadıqov
  • Dünən, 17:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 16:57
    Nihat Kahvecinin və türk dünyasının göz yaşları... - DÇ təəssüratı
  • Dünən, 16:27
    Ayxan Hüseynov "Zirə"də
Daha çox
Oxunub: 255
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 246
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 231
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 206
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Oxunub: 201
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
Oxunub: 198
“Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə