Vaci "Qarabağ"ı tərk edir? - ÖZÜ AÇIQLADI

25.05.2022 22:40 1 826
Premyer-liqa / Manşet
"Çox xoşbəxtəm. “Qarabağ”ın çempionluğunda mənim payımın da olması möhtəşəmdi. İndi gələcək haqda düşünmək lazımdı. Növbəti hədəflərimiz uğrunda mübarizə aparmalıyıq".


Bu sözləri "Football-plus.az"a açıqlamasında "Qarabağ"ın forvardı İbrahima Vaci deyib. Seneqallı forvard Ağdam təmsilçisinin premyer-liqanın 2021/22 mövsümdə çempion olmasını şərh edib.

25 yaşlı futbolçu "köhlən atlar"dan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib:

“Qarabağ”la müqaviləm var. Hazırda özümü xoşbəxt hiss edirəm. Burda qalıb, daha yaxşı uğurlar əldə etmək istəyirəm".


İLKİN SULTANLI

İbrahima Vacinin "Futbol+" qəzetinə geniş müsahibəsini sabahkı buraxılışımızda oxuya bilərsiz...