
Dünya futbolu
63
26.05.2022, 21:37
Leverkuzendə yeni müqavilə
Patrik Şikin yayda mümkün satışı haqda yayılan xəbərlər mənasını itirib.
Belə ki, çexiyalı futbolçu “Bayer-04” ilə müqaviləsini yeniləyib. 26 yaşlı hücumçu Leverkuzen klubunda 2027-ci ilə qədər oynayacaq.
Şik “qara-qırmızılar”ın şərəfini 2020-ci ildən qoruyur. O, ötən müddətdə “Bayer-04”ün heyətində bundesliqada meydana çıxdığı 56 oyunda 33 qol vurub. Patrikin son mövsümdəki göstəriciləri isə 27 oyuna və 24 qola bərabər olub.