İspaniyanın "Xetafe" klubunda fevral ayının ən yaxşı oyunçusu bəlli olub.
"Football-plus.az" saytının məlmatına görə, türkiyəli hücumçu Enes Ünal ötən ayın ən yaxşısı seçilib. Bu haqda Madrid təmsilçisinin mətbuat xidməti xəbər yayıb. 24 yaşlı hücumçu azarkeşlər arasında keçirilən səsvermədə hamını qabaqlayıb.
Qeyd edək ki, Enes Ünal cari mövsümdə 13 qol vurub.