“Milan”ı 11 ildən sonra çempionluğa daşıyan Stefano Pyolinin başına iş gəlib.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi bu haqda bazar günü keçirilən mükafatlandırma mərasimindən sonrakı mətbuat konfransında bildirib: “Stadionda çempionluğu qeyd edərkən arzuolunmaz hadisə baş verib. Çempionluq medalım oğurlandı, kimsə onu boynumdan çıxardı. Onu mənə qaytarsalar, minnətdar olaram. Axı bu, mənim yeganə çempionluq medalımdı...”
Artıq A Seriyasının mətbuat xidməti bu hadisəyə reaksiya verib. 56 yaşlı məşqçiyə yeni medal veriləcəyi bildirilib.