"Sabah"da ayrılıq

24.05.2022 13:10 604
Premyer-liqa
“Sabah” futbolçusu Şpiro Periçiçlə yollarını ayırıb.

"Football-plus.az" klubun saytına istinadən xəbər verir ki, 28 yaşlı xorvat müdafiəçi ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib. Şpiro 2021-ci ilin avqust ayından komandanın üzvü idi.

Periçiçə kluba göstərdiyi xidmətlərə görə təşəkkür edirb, ona gələcək karyerasında uğurlar arzulayıb.