Portuqaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
"Football-plus.az" saytının məlumatına görə, Renat Dadaşovun çıxış etdiyi “Tondela” “Mafra” ilə üz-üzə gəlib.
Millimizin hücumçusunun komandası doğma meydanda 3:0 qalib gəldiyi rəqibi ilə səfərdə 1:1 hesablı heç-heçə edib. Dadaşov da görüşün iştirakçısı olub. Mübarizəyə ilk "11-lik"də başlayan futbolçu 55-ci dəqiqədə əvəzlənib.
“Tondela”nın finaldakı rəqibi “Porto” - “Sportinq” cütünün qalibi olacaq. İlk qarşılaşma “Porto”nun 2:1 hesablı qələbəsiylə yekunlaşıb
Matçın icmalını linkə daxil olaraq izləyə bilərsiz
https://www.youtube.com/watch?v=Gr-gniRJRuY&ab_channel=VSPORTS-Ta%C3%A7adePortugal
Qeyd edək ki, Kubokun final qarşılaşması mayın 22-də baş tutacaq.