25-ci heç-heçə, 50-ci səfər qolu

23.05.2022 09:50 525
Premyer-liqa
"Sabah” premyer-liqada 25-ci heç-heçəsinə imza atıb.

"Football-plus.az" xəbər verir ki, 28-ci turun “Qəbələ” ilə səfər matçı komandanın 104-cü oyunu olub. Bakılılar yubiley heç-heçəsini qollu sülhlə gerçəkləşdirib – 1:1.

“Sabah”ın bərabərlik topuna imza atan Aleksey Kaşuk klub tarixinə 50-ci səfər qolunun müəllifi kimi düşüb.

Paytaxt təmsilçisi rəqib meydanlarındakı 53-cü görüşdə 50-ci dəfə fərqlənib.