“Səbail”dən 50-ci səfər qolu

4.04.2022 12:20 601
Premyer-liqa
“Səbail” premyer - liqada 50-ci səfər qolunu vurub.

Bu, 21-ci turun “Qarabağ”la matçına təsadüf edib. Bakı klubunun 1:5 hesabı ilə uduzduğu görüşdə vurulan yeganə top rəqib meydanlarındakı 50-ci qol olub.

Bu topa penaltidən fərqlənən Nikolas Raysel imza atıb. “Səbail” səfərdəki 50-ci qolu 62-ci oyunda vurub.

“Qarabağ”la görüşdə buraxılan ilk top isə paytaxt klubunun səfərdə öz qapısında gördüyü 100-cü qol olub. Bakılılar ümumilikdə 62 səfərdə 104 dəfə rəqibin fərqlənməsinə şahid olub.