• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz” Ayxan Abbasova tapşırıldı - MÜSAHİBƏ

Ölkə futbolu

20-05-2022, 21:0

Uzun sürən müzakirələrdən sonra, nəhayət, növbəti mövsüm premyer-liqada mübarizə aparacaq “Turan Tovuz”u kimin çalışdracağına aydınlıq gəldi.

Müşahidə Şurasının srağagünkü iclasında klubun başbilənləri baş məşqçi postuna Ayxan Abbasovu gətirməyi lazım bildi. Xatırladaq ki, Ayxan bəyin son iş yeri “Sumqayıt” olub və ötən ilin dekabrında “kimyaçılar”dan ayrılıb. Dünən “boz qurdlar”ın yeni çalışdırcısı ilə yeni iş yeri və planlarla bağlı söhbətləşdik.

- Tovuz klubundan təklif gələndə “hə” demək üçün çox düşündüz?

- Əvvəlcə onu bildirim ki, Tovuz mənim üçün heç də yad bölgə sayılmır. Futbolçu olduğum dönəmdə iki dəfə fərqli vaxtlarda bu komandanın şərəfini qorumuşam. İlk dəfə “Turan”a gedəndə 24 yaşım var idi. Çox yaxşı komandamız var idi. Tovuzlu azarkeşlərə də söz ola bilməz. Həqiqətən futbolu sevir, onunla nəfəs alırlar. Oqtay Abdullayev və Nadir Nəbiyevlə danışandan sonra təklifi müsbət dəyərləndirməyi lazım bildim. Söhbət zamanı hiss etdim ki, hər ikisi Tovuz futbolunun inkişafını fikirləşir, qısa müddətdə premyer-liqada yaxşı mənada adından söz etdirməyi bacaran komanda formalaşdırmaq istəyirlər. Bunun üçün bir yerdə çalışacağıq. Ancaq elə məsələlər var ki, tək məndən və ya rəhbərlikdən asılı deyil. Onu da bilirdim ki, məndən başqa da baş məşqçi postuna namizədlər var idi. Rəhbərlik onlarla da görüşüb, klubun inkişafı və gələcəyi barədə müzakirələr aparıb. Sonda mənə güvəndikləri üçün rəhbərliyə təşəkkür edirəm. Tovuz klubu həmişə qəlbimdə olub. Futbolçu kimi bu komanda ilə bağlı çox şirin xatirələrim var. Klubun gələcək planlarını biləndən sonra təklifi qəbul etməklə bağlı tərəddüdüm qalmadı.

- Klubun siyasəti bəllidi. Daha çox gənclərə şans yaradılacaq və yerli uşaqlara oynamaq imkanı veriləcək. Avrokubok təcrübəsi, premyer-liqanın mükafatçısı olan mütəxəssis kimi gənclərlə işləmək sizə çətin olmayacaq? Demək olar ki, hər şeyə sıfırdan başlamalı olacaqsız.

- Elə komanda formalaşdırmalıyıq ki, gənclərlə yanaşı, onların inkişafı üçün yanlarında təcrübəli futbolçular və legionerlər olsun. Büdcənin imkanı verəcəyi həddə kollektiv yaradacağıq. Ancaq gəncləri də unutmamalıyıq. Yenə təkrarlayıram, onların inkişafına çalışmalı, səbirlə perspektivli uşaqları yeni səviyyəyə çatdırmalıyıq. Bu məni qorxutmur. Bu barədə də rəsmilərlə söhbətimiz olub. Bəzi planlar var ki, onları reallaşdıra bilsək, gələcək adına böyük işlər görə biləcəyik.
- Hər halda, yeni komanda formalaşdırmaq və tələbkar tovuzlu azarkeşlərin rəğbətini qazanmaq heç də asan iş deyil. Özünüz də qeyd etdiz ki, tovuzlular futbolu çox sevir və həmişə komandadan baxımlı oyunla yanaşı, nəticə tələb edirlər.

- Əlbəttə, çətin olacağını hamımız bilirik. Ancaq Tovuza inamlı yollanıram. İnanıram ki, 9 il premyer-liqa həsrətində olan azarkeşlər, həm də rəhbərlik bizə güvənəcək. 9 ildən sonra premyer-liqaya dönən komandanı çalışdırmaq mənə motivasiya verir. “Sumqayıt”a da gələndə, demək olar, oxşar durum idi. Komanda uzun illər avrokuboklara vəsiqə qazanmağı arzulasa da, alınmırdı. Ancaq səbirlə çalışıb sonda istədiyimizə çatdıq. Baş məşqçi kimi müəyyən təcrübəyə malikəm və rəhbərliklə fikirlərimiz üst-üstə düşür ki, bu da müsbət məqamdı. Özünəməxsus oyun üslubumuz olacaq.

- Məşqçi karyeranız ərzində yalnız Bakıda və paytaxta yaxın ərazidə çalışmısız. Bölgəyə yollanmaq, ora uyğunlaşmaq sizi narahat etmir?

- Mən həmişə çempionatda bölgə klublarının olmasının tərəfdarı olmuşam. Bölgə təmsilçisləri gənc oyunçuların inkişafında, irəli getməsində böyük rol oynayacaq. Bu gün hər bir futbolçu Bakıda oynamaq və yaşamaq istəyir. Bunu hamımız çox yaxşı bilirik. İstər məşqçi, istərsə də futbolçu karyerasını düşünürsə, inkişaf etmək istəyirsə, müəyyən məhrumiyyətlər deməyim, bir müddət nədənsə imtina etməlidi. Bu da məşqçi işinin bir parçasıdı. Bölgədə çalışmaq həm çətin, həm də məsuliyyətlidi. Özümüz də görürük ki, rayonlarda azarkeş stadiona gəlir, tribunalarda anşlaq yaşanır. Sumqayıtda da eyni vəziyyət idi. Böyük azarkeş kütləsinin qarşısına çıxırdıq, təzyiqlə üzləşirdik. Tovuzda da məni və komandanı nələrin gözlədiyini göz önünə alıram. Peşəkarıqsa, bu yola başlamışıqsa, bölgələrdə də çalışmalıyıq.

- Təyinatınız rəsmiləşəndən sonra Oqtay Abdullayev bizə açıqlamasında bəzi şərtlərlə bağlı sizinlə görüşüb danışacağını bildirmişdi. Görüş olub?

- Həm Oqtay Abdullayev, həm də Nadir Nəbiyev ilə təyinatdan öncə görüşümüz olmuşdu. Mən onların şərtləri ilə tanış oldum, onlar məni dinlədi. Hər ikisi futbolda iz qoymuş şəxslərdi. Bu görüş Müşahidə Şurasının toplantısından öncə baş tutmuşdu. Yaxın günlərdə yenidən bir araya gələcəyik, bütün detallar bir daha müzakirə olunacaq.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Günün xəbəri

10-05-2022, 20:0

“Turan Tovuz”un baş məşqçi postuna 4 namizəd var - ÖZƏL

Aktual / Manşet / Günün xəbəri

16-05-2022, 16:0

"Turan Tovuz"un baş məşqçi postuna daha bir namizəd - ÖZƏL

Ölkə futbolu

20-05-2022, 20:0

“Hələ qocalmamışam, gələcəkdə də baş məşqçi ola bilərəm” - AÇIQLAMALAR

Aktual / Manşet / Günün xəbəri

17-05-2022, 19:0

"Turan Tovuz"un baş məşqçisi bəlli oldu - ÖZƏL

Aktual / Manşet / Günün xəbəri

12-05-2022, 13:0

“Turan Tovuz”un baş məşqçisinin adına sabah aydınlıq gəlməyəcək - ÖZƏL AÇIQLAMA

Aktual / Ölkə futbolu / Günün xəbəri

18-05-2022, 17:0

“Turan Tovuz”un yeni qapıçısı məlum oldu – ÖZƏL

Aktual
“Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
Son xəbərlər
  • Bu gün, 17:31
    "Polessye" Andrade ilə uzunmüddətli müqavilə imzaladı
  • Bu gün, 17:00
    “Qarabağ” artıq 3 milyon avro xərcləyib – “Sabah”dan bir addım öndə
  • Bu gün, 16:40
    Florensiyanı tərk etdi
  • Bu gün, 16:08
    Torreyra yumruq olayı haqda ilk dəfə danışdı - ''Şəkil çəkdirmək istədiyini düşündüm''
  • Bu gün, 15:47
    Maykl Bispinq və Brüs Baffer "UFC Fight Night Baku"da!
  • Bu gün, 15:26
    Tahir Abdullayev ilk, Rafael Fiziyev son döyüşə çıxacaq
  • Bu gün, 15:08
    “Qarabağ” 10,8 milyon avroluq rəqiblə qarşılaşır
  • Bu gün, 14:42
    Ramil Şeydayev “Dinamo”da! – gəldiyi yerə dönür
  • Bu gün, 13:53
    Mehdi Cənnətovdan geriyə addım! – 34 yaşında elitadan getdi
  • Bu gün, 13:37
    DÇ-də vəziyyət necədi? – bu an üçün ən vacib bilgi
  • Bu gün, 13:07
    Andrade "Qarabağ"dan Ukrayna klubuna getdi - RƏSMİ
  • Bu gün, 12:36
    Bülənt Korkmaz bu klubu superliqaya qaytarmağa çalışacaq
  • Bu gün, 12:15
    "Qarabağ" "Tirol"a qarşı
  • Bu gün, 11:54
    Muslera Uruqvayı məhv etdi - Byelsa özünü yıxıb-sürüdü!
  • Bu gün, 11:23
    Milandan Turinə yollana bilər
  • Bu gün, 10:52
    Arif Əsədov “Kəpəz”də çalışmaqdan niyə imtina etdi? – detallar üzə çıxdı
  • Bu gün, 10:31
    Anri, İbrahimoviç və Mata Türkiyənin qələbəsi haqda nə dedi?
  • Bu gün, 10:00
    İki şahmatçımız dünya çempionu oldu
  • Bu gün, 09:18
    Muslera Uruqvayı qrupda saxladı, İranın pley-off şansı qalır - DÇ səhəri
  • Bu gün, 01:09
    1/16 final cütlərindən beşi bəllidi!
  • Bu gün, 01:02
    Fransa Norveçi, Seneqal İraqı darmadağın etdi - DÇ gecəsi
  • Bu gün, 00:54
    Odur, özüdür ki var, Mixaylodur! - gecə lövhəsi
  • Dünən, 23:50
    “Zirə”nin taleyini fin və macar müəyyənləşdirəcək
  • Dünən, 22:40
    "Neftçi" Tuptanı tapdı
  • Dünən, 22:00
    Romadan Berqamoya üz tutdu
  • Dünən, 21:27
    “Sabah”, “Neftçi”, “Turan Tovuz”! - ...bu üç klubdan biri Elvin Cəfərquliyevi ala bilər
  • Dünən, 20:57
    "Sabah"ın "Nyu Seynts"ə qarşı matçlarının hakimləri
  • Dünən, 20:26
    Mançesterdən Madridə yollandı
  • Dünən, 19:51
    ABŞ-nin məşqçisi nədən narazı qaldı? - ''Sanki Türkiyə davam edir, biz evə qayıdırıq''
  • Dünən, 19:20
    Vaci ilə yeni müqavilə
  • Dünən, 18:59
    Təntənəli çəkiölçmə mərasimi baş tutdu -UFC Bakı
  • Dünən, 18:27
    "Qarabağ"ın yeni futbolçusundan paylaşım
  • Dünən, 17:56
    "Qəbələ" legionerlərə xərclədiyi pulu yerlilərdən çıxarıb! - maraqlı statistika
  • Dünən, 17:29
    Elman Himayətoğlunun vəzifəsi artırıldı
  • Dünən, 16:58
    Bəhlulun durumuyla bağlı son xəbər - yaşıl meydana nə vaxt qayıdacaq?
Daha çox
Oxunub: 383
Çempion komandanı atdı, “Zirə”yə gəldi – nə qəribə!
Oxunub: 312
UEFA-nın qərarı Tovuzda görülən işlərə təsir etdi – “artıq gələn mövsümə...”
Oxunub: 284
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 268
“Neftçi”dən sürpriz gediş: Eminlə Emilə rəqib gəldi!
Oxunub: 265
“Sən özün nə qədər evlər yıxmısan, Xaqani...”
Oxunub: 218
Koxalski də "Qarabağ"dan gedib - onu "gördüm" deyən yoxdu!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə