"Football-plus.az" xəbər verir ki, türkiyəli məşqçi komandasının finaldakı uğursuzluğunu bu cür şərh edib:
"Üst səviyyədə oyun oldu. Fanatların dəstəyi həqiqətən çox yaxşı idi. Əsl finala yaraşan oyun alındı. Üstün tərəf biz idik. "Cəbrayıl"ı təbrik edirəm. Qol imkanlarımızdan yararlansaydıq, hər şey fərqli olardı. Son dəqiqədə penalti vurmaq imkanı da qazandıq. Amma bundan da yararlana bilmədik. Futbolda belə anlar olur. Onsuzda hər zaman favorit qalib gəlmir”.





