"Bunu heç kim gözləmirdi"

15.04.2022 16:37 526
Dünya futbolu
"Ayntraxt"ın qapıçısı Kevin Trapp "Barselona" üzərində qələbəni və Avropa Liqasının yarımfinalına yüksəlmələri barədə danışıb.

"Football-plus.az" saytının məlumatına görə, UEFA-nın rəsmi saytına açıqlama verən alman qolkiper nəticədən təəccübləndiklərini etiraf edib:

"Bəli, sözüm yoxdu... Düzünü desəm, heç kim bunu gözləmirdi. Hamı kataloniyalıların daim topa sahib olacaqlarını və qalib gələcəklərinə əmin idi. Buna görə də şanslardan yararlanmalı idik. Çox inamlı oyun nümayiş etdirdik. 2:0 öndəykən qol buraxsaydıq işlər çətinləşəcəkdi".