İtaliya A seriyasında mövsümü ikinci pillədə başa vuran "İnter"in futbolçusu Arturo Vidal Türkiyənin "Beşiktaş" klubuna transfer oluna bilər.
"Football-plus.az" xəbər verir ki, hələ İtaliya klubu ilə 1 illik müqaviləsi olan Çilili futbolçu, Türkiyə klubuna təklif edilib.
İtaliya mətbuatında dərc olunan xəbərlərə görə isə, Vidalla Braziliyanın "Flamenqo" komandası da yaxından maraqlanır. 35 yaşlı yarımmüdafiəçi Avropada klub tapa bilməsə, böyük ehtimal karyerasını Braziliyada davam edəcək.
Qeyd edək ki, Vidal bu mövsüm liqada keçirdiyi 28 oyunda 1 qol və 1 məhsuldar ötürmə edib.