• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Kiməsə nəsə sübut etməyə çalışmıram" - Rəşad Sadıqov

Premyer-liqa

15-05-2022, 19:0

Azərbaycan premyer-liqasında 27-ci turun “Zirə” – “Neftçi” (1:0) oyunundan meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı.

"Football-plus.az" xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

- Futbolçularımı təbrik edirəm. Vacib qələbə qazandıq. Konfrans Liqasına vəsiqə əldə etdik. Amma 3-cülük uğrunda mübarizə davam edir. İlk hissədə daha üstün idik. Fasilədən sonra ərazi üstünlüyü rəqibdə oldu. Qol şansı verməməyə çalışırdıq. O məqamda riskli qərar verdim, sistemi dəyişdim. Meydanın mərkəzində təzyiq etmək istəyirdik. Ramin Əhmədovu oyuna buraxmağımız uğurlu alındı. Həm rəqibin təzyiqinin qarşısını aldıq, həm də qələbə qolumuzu vurduq. Bizim üçün gərgin və maraqlı oyun oldu. Komanda böyümək istəyirsə, belə qələbələrə çox ehtiyac var. Qarşıda iki vacib matçımız var. Hələlik “Şamaxı” ilə oyuna köklənmişik. Mövsümün gedişində demişdim ki, hədəfimiz Konfrans Liqasıdır, amma şans varsa, bürünc medal əldə etməyə çalışacağıq.

- Baş məşqçi kimi Avropa arenasına çıxırsız. Hansı hissləri keçirirsiz?

- Oyundan qabaq da qarışıq hisslər var idi. Turnir cədvəlində gərgin durum yaranmışdı. İndi xüsusi hisslər yoxdur. Buna vaxt da yoxdur. Qarşıda oyunlarımız var. Yəqin ki, hissləri həmin oyunlardan sonra yaşayarıq. Belə şeyləri çox görmüşəm, qətiyyən boşalmaq olmaz. Hazırda 3-cü yeri tutmaq barədə düşünməliyik. Mövsümün sonunda bayram etməyə vaxtımız olacaq.

- Ramin əhmədov sizin kəşflərinizdəndir. Amma uzun müddətdir, oynamırdı.

- Rəqabətə görə belə oldu. Oyundan əvvəl start heyətdə onu düşünürdüm. Məşqlərdə özünü yaxşı göstərmişdi. Orta xətdə böyük rəqabət var. Bu gün risk edib onu meydana buraxdıq, bundan yaxşı istifadə etdi. O, bura “Zaqatala”dan gəlib. Düşünürdüm ki, aşağı liqadan futbolçuları oynatmaq lazımdır. O vaxt fikirləşdiyim indi mənə qızıl xallar qazandırdı.

- “Zirə”nin indiki maddi durumu ilə avrokubokda hara kimi getmək mümkün olacaq?

- Bir işi bitirməmiş gələcək planlar barədə düşünmürəm. Bünövrəni elə qurmalıyıq ki, komandanı inkişaf etdirməliyik. Nə qədər pul olsa, daha yaxşı çıxış edərik – bu barədə düşünmürəım. Çünki bizə mane ola bilər. Bütün fikrimizi buna yönəltmişik. Bundan sonra yavaş-yavaş düşünməyə başlayacağıq.

- Brayan Alseus komandaya gələndən elə də çox oynamır.

- Qış fasiləsində çox oyun buraxmışdı və komandaya da gec qoşulmuşdu. Bu da rəqabətda ona mane oldu. Təcrübəsi, ustalığı yaxşı səviyyədədir. Özüm də narahatlıq yaşayıram ki, ona kifayət qədər şans vermədik.

- Komandada qalacaq?

- Mövsüm bitdikdən sonra bu məsələlər barədə düşünəcəyik.

- Çantakiasla Lavalın epizodundan gərginlik yarandı. Sizcə, rəqib oyunçuya qırmızı vərəqə göstərilməliydi?

- Diqqətlə baxmaq lazımdı. Mən Azərin əllə oynamasına etiraz edirdim. Onu görmədim. Kənardan dedilər ki, zərbə verib. Buna etiraz edirdim. Sakit məqamda 4-cü hakim izah etdi ki, sarı vərəqə deyildi.

- Davit Volkovu komandada saxlamaq çətin olmayacaq?

- Ola bilsin ki, çətinliklər yaşansın. Hər bir uğur olən yerdə futbolçulara diqqət olur. Maksimum çalışacağəq ki, komandada qalsın. Amma onu sıxmıram, istəsə, gedəcək. Qalmasını istəyirik, getsə, yerinə variantlar axtaracağıq.

- Avrokuboklara vəsiqə qazanan bütün komandaları yerli məşqçilər çalışdırır. Əvvəlki açıqlamalarınızın birində yerlilərə şans verilməsinin daha doğru olduğunu demişdiz.

- Mən kiməsə nəsə sübut etməyə çalışmıram. Başımı aşağı salıb işimi görməyə çalışıram, gerisi Allahdandır. Məni sevənləri, istəyənləri sevindirmək barədə düşünürəm.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

3-05-2022, 21:0

"Bizi yorulmağa məcbur etdilər" - Qurban Qurbanov

Premyer-liqa

21-05-2022, 19:0

"Rəşad Sadıqovun əməyi görünür" - Vaqif Paşayev

Premyer-liqa

21-05-2022, 22:0

"Mövsümü uğurlu dəyərləndirirəm" - Rəşad Sadıqov

Premyer-liqa

16-04-2022, 20:0

"Son dəqiqələr həyəcanlı alındı" - Aftandil Hacıyev

Aktual
“Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
"Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
“Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
“Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Son xəbərlər
  • Bu gün, 15:25
    Bir qol vurdu, ən yaxşı oyunçu seçildi
  • Bu gün, 14:40
    Fuad Bayramov "Səbail"də
  • Bu gün, 14:15
    “Çünki ortada ürəkaçan heç nə yoxdu” – “Xəmsə” etirazını çatdırmaq üçün adam tapa bilmir
  • Bu gün, 13:54
    "Qəbələ" 5 yoxlama oyunu keçirəcək
  • Bu gün, 13:23
    MS daha bir oyunçu transfer etdi
  • Bu gün, 12:57
    Nəriman start heyətində oynadı, komandası heç-heçə etdi
  • Bu gün, 12:36
    Final matçı bu topla oynanılacaq
  • Bu gün, 12:15
    Babək Quliyev Konfrans Liqasının matçında
  • Bu gün, 11:54
    Millimiz rekorda imza atdı
  • Bu gün, 11:23
    Hamını arxada qoydu
  • Bu gün, 10:52
    "Sabah"dan oyunun göstərilməsi üçün 100 min tələb olunur! - soyğun planı üzə çıxdı
  • Bu gün, 10:31
    "Neftçi" Xorvatiya klubuna qarşı
  • Bu gün, 10:00
    Lissabondan Madridə üz tutdu
  • Dünən, 23:54
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 23:23
    Kapitan “gəmini” tərk etməyəcək
  • Dünən, 22:59
    Son çempiondan unikal göstərici
  • Dünən, 22:13
    "Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
  • Dünən, 22:02
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 21:30
    “Görək azarkeşləri cəlb etmək nə dərəcədə real olacaq...” – “Zirə” Gürcüstanda nə edəcək?
  • Dünən, 20:56
    MS yeni qapıçı aldı
  • Dünən, 20:25
    “Turan Tovuz” niyə rəqiblərini açıqlamır?
  • Dünən, 19:54
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 19:23
    20 yaşında dünyasını dəyişdi
  • Dünən, 18:52
    "Şəfa"dan yeni transfer
  • Dünən, 18:31
    Vernidubun start heyəti müəyyənləşir - "ağ-qaralar" böyükhesablı qələbəni necə qazandı?
  • Dünən, 18:00
    Yenidən Fransada işləyəcək
  • Dünən, 17:29
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:58
    Gözlənilən təyinat rəsmiləşdi
  • Dünən, 16:27
    Doğma klubuna qayıtdı
  • Dünən, 15:56
    Matçın ən yaxşı oyunçusu seçildi
  • Dünən, 15:25
    Meksikalı futbolçu meydana nə vaxt qayıdacaq?
  • Dünən, 14:54
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 14:51
    Yeni rekord müəyyənləşdirdi
  • Dünən, 14:30
    Güləşçimiz 10:0 hesablı qələbə ilə "qızıl" qazandı
  • Dünən, 13:52
    “Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Daha çox
Oxunub: 209
Duran: düşünməmək bir ayıb, bunu dilə gətirmək iki ayıb – REPLİKA
Oxunub: 190
"Sabah"ın cavab oyunu yayınlanmaya bilər! - "Nyu Seynts"dən şok həmlə
Oxunub: 162
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 153
“Qarabağ”a tərif yağdırdı, azarkeş sayını azaltdı
Oxunub: 143
“Kutaisililər 1990-cı illərdəki internet qədər yavaş idi” - “Zirə” gürcü jurnalisti dəhşətə gətirdi
Oxunub: 136
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə