Daha bir klub Bundesliqanı tərk etdi

14.05.2022 20:56 442
Dünya futbolu
Almaniya Bundesliqasını tərk edən daha bir klub müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu "Arminiya"dı. Komanda Bundesliqanın sonuncu turunda "Leyptsiq"lə 1:1 hesablı heç-heçə edib. Bu nəticədən sonra "Arminiya" çempionatı 28 xalla 17-ci pillədə başa vurub. 33 xalla 16-cı yeri tutan "Herta" isə elitada qalmaq üçün pley-offda oynayacaq.

Qeyd edək ki, bundan əvvəl sonuncu yerdə olan "Qroyter"in Bundesliqanı tərk edəcəyi dəqiqləşmişdi.